Gənc yazıçı Səidə İkigainin “Uşaqlarla necə ünsiyyət saxlamalı?” və “Nikbinliyin sirri” kitablarının təqdimatı olub.

İqtisadiyyat.az xəbər verir ki, təqdimat zamanı qeyd edilib ki, “Uşaqlarla necə ünsiyyət saxlamalı?” kitabı övladlarını xoşbəxt edə bilməyin yollarını axtaran valideynlər üçün nəzərdə tutulub. İkinci “Nikbinliyin sirri” kitabı isə psixoloji janrda qələmə alınıb. Kitab insanın ruhi vəziyyətindən, daxili aləmindən bəhz edən, insanda dərin, xoş hisslər yaradan bir nəşrdir.