"Suraxanı Maşınqayırma Zavodu" Açıq Səhmdar Cəmiyyəti yenidən təşkil edilib.
Bu barədə İqtisadiyyat.az ASC-yə istinadən xəbər verir.
Buna səbəb "Azərbaycan Elmi Tədqiqat və Layihə Konstruktor Neft Maşınqayırma İnstitutu" Açıq Səhmdar Cəmiyyətinin ona qoşulmasıdır.
Qeyd edək ki, hər iki ASC-nin nizamnamə kapitalındakı səhmləri tamamilə dövlətə məxsusdur.
"Suraxanı Maşınqayırma Zavodu" 2001-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 1 7532 322 manat, qanuni təmsilçisi Mahmudov Vahid Cabir oğludur. "Azərbaycan Elmi Tədqiqat və Layihə Konstruktor Neft Maşınqayırma İnstitutu" da 2001-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 1 307 740 manat, qanuni təmsilçisi Əliyev Əziz Hüseyn oğludur.