Xırdalan Tibb Mərkəzinə sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması ilə bağlı qanunvericiliyin tələbini pozma maddəsi ilə cərimə yazılıb.

İqtisadiyyat.az xəbər verir ki, Səhiyyə Nazirliyi tərəfindən Xırdalan Tibb Mərkəzi barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən cərimə protokolu tərtib olunub.

Daha sonra protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.

Protokol hakim Sevinc Quliyevanın sədrliyi ilə araşdırılacaq.

Mərkəzin barəsində cərimə protokolu tərtib olunan maddədə deyilir ki, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.