“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. 

Bununla bağlı qanunu Prezident İlham Əliyev təsdiqləyib.

Dəyişliyə əsasən, qanunun üçüncü maddəsinə bu hissə əlavə edilir:

- sosial iş yerlərinin və işsiz şəxslərin özünüməşğulluğunun, habelə peşə hazırlığının təşkili zamanı onlara üstünlük verilir.