Bu gün Bakıda keçirilən III Maliyyə və İnvestisiya Forumunda çıxış edən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş idarəsinin rəisi Nicat İmanov 2022-2026-cı illər üçün DVX-nin həyata keçirəcəyi sosial-iqtisadi tədbirlərin əsas iki istiqamətindən danışıb:

“Bunlarda birincisi iqtisadiyyatın strateji sahələrinin inkişafının situmallaşdırılması habelə investisiya və kapital qoyuluşu həcminin artırılması məqsədi ilə vergi təşviq alətlərinin effektiv istifadə etməkdir.

İkinci istiqamətimiz isə kölgə iqtisadiyyatı ilə sistemli mübarizə aparmaq habelə şəffaflıq səviyyəsinin artırılması üçün vergi siyasətində rəqəmsallaşmanın genişləndirilməsidir".

Məhəbbət Məmmədov