İqtisadiyyat.az xəbər verir ki, tender əsgər, çavuş və ehtiyatda olan zabitlər üçün hərbi biletlərin hazırlanmasını nəzərdə tutur.

Belə ki, Dövlət Xidmətinin sifarişi ilə əsgər və çavuşlar üçün 130 000 ədəd, ehtiyatda olan zabitlər üçün isə 30 000 ədəd hərbi bilet hazırlanacaq.

Qurum hərbi biletlərin hazırlanması üzrə mətbəə-çap məhsullarının satın alınmasına 566 695 manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.