İqtisadiyyat.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin müavini Toğrul Əliyev "Azərbaycan Maliyyə Forumu"nda deyib.

Onun sözlərinə görə, uzunmüddətli dövr üzrə strateji məqsədimiz dinamik inkişaf edən milli iqtisadiyyatımızda stabil maliyyə sektorunun rolunu yüksəltməkdir:

" Sözsüz ki, bəhs etdiyimiz işlər və əldə edilmiş nailiyyətlər Azərbaycanın maliyyə sektorunu təmsil edən assosiasiyaların – Azərbaycan Banklar Assosiasiyasının, Azərbaycan Mikro-Maliyyə Assosiasiyasının, Sığortaçılar Assosiasiyasının, Fond Bazarı İştirakçıları Assosiasiyasının, Fintex Assosiasiyasının yaxından iştirakı və dəstəyi sayəsində mümkün olmuşdur. Ümid edirəm bu assosiasiyalar növbəti strateji dövrdə də Strategiya üzrə qarşıya qoyulmuş hədəflərin reallaşmasında aktiv iştirak edəcəklər".