Azərbaycanda fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində ən yüksək və ən aşağı seçici fəallığı göstərən dairələr məlum olub.

İqtisadiyyat.az-ın xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının rəsmi saytında yerləşdirilən yekun məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 17 saylı Yasamal Üçüncü Seçki dairəsidir.

Bu dairədə seçici fəallığı 89,22 % olub.

Seçici fəallığının ən aşağı olduğu dairə isə 21 saylı Nəsimi-Binəqədi Seçki Dairəsidir. Burada seçici fəallığı 66.03 % təşkil edib.