MSK sədri növbədənkənar parlament seçkilərinin nəticələrinin nə zaman açıqlanacağı barədə məlumat verib.

İqtisadiyyat.az APA-ya istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

O diqqətə çatdırıb ki, səsvermə günü də ilkin nəticələri operativ verməyə çalışırıq: ”Bu seçkilərdə də çalışacağıq ilkin nəticələri həmin gecə çatdıraq. Bu ilkin nəticələr olacaq, yekun deyil. İki gün ərzində dairələrdən protokollar bizə veriləcək”.