Növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin məntəqə seçki komissiyalarına verilməsi üçün ayrılan müddət sabah başa çatır

İqtisadiyyat.az xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, dairə seçki komissiyaları səsvermə gününə azı 3 gün qalanadək seçki bülletenlərinin məntəqə seçki komissiyalarına verilməsini təmin etməlidir.

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2024-cü il fevralın 4-dək olan dövrü əhatə edir.