Bələdiyyə seçkiləri ilə bağlı bülletenlərin çapı başa çatmaq üzrədir.

İqtisadiyyat.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

R.Qasımov bülletenlərin yanvarın 22 və 23 tarixlərində dairə seçki komissiyalarına paylanılmasının vacibliyini qeyd edib.