Fevralın 7-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən seçki bülletenlərinin dairə seçki komissiyalarına (DSK) paylanması prosesi başa çatıb. 

İqtisadiyyat.az xəbər verir ki, seçki bülletenləri bütün seçki dairələrinə təhvil verilib.

Qeyd edək ki, ümumilikdə, 6 milyon 524 min 203 seçki bülleteni çap olunub. Bu da seçicilərin ümumi sayından 3 faiz çoxdur.