Bu gün Azərbaycan Premyer Liqasında 28-ci turun daha iki oyunu keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, günün ilk matçında "Səbail" "Turan Tovuz"u qəbul edəcək. "ASCO Arena"da baş tutacaq qarşılaşmaya saat 16:30-da start veriləcək.

Günün digər matçında "Sabah" "Zirə" ilə üz-üzə gələcək.

Azərbaycan Premyer Liqası

28-ci tur

30 mart

16:30 Səbail - Turan Tovuz

Baş hakim: Rəvan Həmzəzadə

"ASCO Arena"

19:00 Sabah - Zirə

Baş hakim: Elçin Məsiyev

"Bank Respublika Arena"