“Səbail Mebel” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
İqtisadiyyat.az xəbər verir ki, yığıncaq noyabrın 12-nə təyin olunub.
İclasın gündəliyinə 2021-2023-cü illərin maliyyə hesabatlarının təsdiq edilməsi və digər məsələlər daxil edilib.