Azərbaycan Premyer Liqası təmsilçisi "Səbail" transfer çalışmalarını davam etdirir.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, "Dənizçilər" Finlandiyanın "Lahti" klubunda çıxış edən braziliyalı sol cinah müdafiəçisi Pablo Andradeni heyətinə qatmağa yaxındır.

29 yaşlı futbolçu karyerası ərzində "Flamenqo", "Botafoqo", "Huelva", "Ourense", "R.Majadahonda", "Racing" və SJK klublarında çıxış edib.