"Səba" Açıq Səhmdar Cəmiyyətinin təsisçiliyi ilə yeni şirkət yaradılır. 

İqtisadiyyat.az xəbər verir ki, mayın 21-də ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. 

Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlərin müzakirəsi daxil edilib:

1. "Səba"ASC-nin tək təsisçiliyi ilə təşkilati-hüquqi forması məhdud məsuliyyətli cəmiyyət olan yeni hüquqi şəxsin yaradılması haqqında;

1.1. Hüquqi şəxsin təsis edilməsi haqqında;

1.2. Hüquqi şəxsin hüquqi ünvanının müəyyən edilməsi haqqında;

1.3. Hüquqi şəxsin nizamnamə kapitalının, o cümlədən nizamnamə kapitalına ödənilən pul olmayan əmanətlərin (nizamnamə kapitalındakı mayaların) dəyərinin təsdiq edilməsi haqqında;

1.4.  Hüquqi şəxsin nizamnaməsinin təsdiq edilməsi haqqında;

1.5. Hüquqi şəxsin icra orqanı haqqında;

1.6. Hüquqi şəxsin dövlət qeydiyyatına alınması haqqında.