İqtisadiyyat.az xəbər verir ki, yığıncaq iyunun 4-nə təyin olunub.

Yığıncağın gündəliyinə şirkətin ötən ilin hesabatı və maliyyə ­hesabatlarının təsdiq edilməsi, dividendlərin ödənilməsi və digər məsələlər daxil edilib.

Səhmdarlar gündəlikdəki məsələlərə aid sənədlərlə tanış olmaq üçün hər həftənin iş günləri cəmiyyətin icra orqanının rəhbərinə müraciət edə bilərlər.

Qeyd edək ki, “Saxsı Qablar” ASC 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 3 605 614manat olan şirkətin qanuni təmsilçisi Əhədov Emin Yavər oğludur.