Finlandiyanın Baş naziri Sanna Marin Ukraynaya gedib.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, Kiyevə səfər edən Marinin Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşü planlaşdırılır.

O həmçinin, Baxmut şəhərində gedən döyüşlərdə həlak olan Ukrayna Qəhrəmanı Dmitri Koçyubaylo ilə Kiyevdə keçirilən vida mərasimində iştirak edib.