Samsung sənaye qrupu Cənubi Koreyanın ən mütərəqqi, beynəlxalq iqtisadiyyatın ən ciddi fiqurlarından biri kimi dünyada tanınan bir korporasiyadır. Əsası xırda ticarət müəssisəsi kimi 1938-ci ildə Lee Byung-chull tərəfindən qoyulan şirkət 40 nəfər işçi qüvvəsi ilə hazırki İngyo-dong ərazisində yerləşirdi və quru balıq və digər yerli məshulların satışı ilə məşğul idi. Şirkət 90-cı illərdə daha da çiçəklənir və dünyanın beynəlxalq şirkətlərindən birinə çevrilir.  Samsung brendi smartfon, mobil telefon, planşet, televizor, soyuducu, kondisioner, paltaryuyan, tozsoran, mikrodalğalı soba kimi məhsulları təqdim edir.Azərbaycanın mobil qurğular bazarında “Samsung”un payı 2021-ci ilin ilk 6 ayıda 44.65 % təşkil edib. “Global Stats” statistika mərkəzinə istinadən xəbər verir ki, 2020-ci ilin dekabr ayı ilə müqayisədə  Azərbaycanın mobil qurğular bazarında “Samsung”un bazar payı 0.83% azalıb.

lin sonuna qədər çevik smartfonların satışı 18-20 milyon səviyyəsində proqnozlaşdırılır, Samsungun payı isə guya 40% -dən aşağı düşəcək.Bu o deməkdir ki, ilin sonuna qədər bir çox rəqabətli yenilik bazara daxil olmalıdır.