Samsung şirkəti Apple -ı iPhone 14 seriyalı smartfonlar üçün OLED panellərlə təmin edəcək.

İqtisadiyyat.az xarici mətbuata istinadən xəbər verir ki, “Samsung Display” “Apple”ı yeni “iPhone”ların ekranları üçün təxminən 80 milyon panellə təmin etmək niyyətindədir. Beləliklə, korporasiya müştərilər üçün cihazların 70 faizi üçün displey istehsal edə bilər - ümumilikdə Apple 120 milyon ədədə qədər iPhone 14 seriyalı smartfon istehsal etməyi planlaşdırır.

Məhəbbət Məmmədov