Samsung, flaqman smartfonlarda öz Exynos prosessorlarından istifadəni dayandıracaq.

İqtisadiyyat.az xəbər verir ki, ötən ilki Samsung flaqmanları iki versiyada buraxıldı:

ABŞ, Cənubi Koreya və digər ölkələrdə “Qualcomm Snapdragon” çipləri, eləcə də Avropa və Böyük Britaniyada Samsung-un özündən Exynos prosessorları ilə.

Mənbəyə görə, yeni S23 xətti bütün ölkələrdə Snapdragon 8 Gen 2 çipi ilə buraxılacaq.

Samsung Galaxy S23 Exynos prosessorlarından istifadə etməyən şirkətin ilk flaqman xətti olacaq. Gələcəkdə şirkətin digər smartfonlarının da yalnız Amerika şirkətinin çiplərində istehsal ediləcəyi güman edilir.