Salyan rayonunda beş yaşayış məntəqəsinin yolu əsaslı şəkildə yenidən qurulur. 

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, cari ildə Salyan rayonunda respublika əhəmiyyətli Salyan-Neftçala avtomobil yolundan ayrılan və Kür Qaraqaşlı, Beştalı, Cəngan, Xocalı, Ərəbqardaşbəyli kəndlərinə gedən yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulması layihəsinin icrasına start verilib.

Sözügedən kəndlərə gedən yolların ümumi uzunluğu 15.3 km təşkil edir.