İqtisadiyyat.az xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunda, “Yolüstü” istirahət mərkəzinin yaxınlığında qeydə alınıb.

Belə ki, 1959-cu il təvəllüdlü Quliyev Sədrəddin Mirzağa oğlu idarə etdiyi minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində sürücü yüngül xəsarət alıb.

Lakin qəzadan sonra hadisə yerinə gələn evakuator avtomobili yedəyinə çəkərkən tros qırılıb və sürücüyə dəyərək öldürüb.

Faktla bağlı araşdırma aparılır.