ABŞ-ın Hind-Sakit Okean Komandanlığı (INDO-PACOM) Çinin J-16 qırıcısının Cənubi Çin dənizində RC-135 kəşfiyyat təyyarəsinə qarşı aqressiv manevr etdiyini bildirib.

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, açıqlamada Çinli pilotun RC-135-in burnunun düz qarşısından uçduğu və bu manevirin ABŞ təyyarəsinin quyruq turbulentliyində qalmasına səbəb olduğu qeyd edilib.

Qeyd edək ki, ABŞ-ın RC-135 təyyarəsi beynəlxalq hüquqa uyğun olaraq Cənubi Çin dənizi üzərindəki hava məkanında təhlükəsiz və müntəzəm əməliyyatlar həyata keçirdiyi bildirilib.