İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Bildirilib ki, qaz təchizatının dayandırıldığı müddətdə paytaxtın Nərimanov rayonu üzrə İ.Hidayətzadə, A.Heydərov, Mayovski, M.Nağıyev və Y.Nəsirov küçələrində, Suraxanı rayonu üzrə Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində, Abşeron rayonu üzrə Masazır qəsəbəsinin yeni yaşayış sahəsində və Xırdalan şəhərindəki AAF Park Yaşayış Kompleksində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Regionlar üzrə Balakən rayonunun (Balakən şəhəri, 1 qəsəbə və 26 kənd), Tərtər rayonunun (23 kənd) və Bərdə rayonunun (9 kənd) bir hissəsində də qaz təchizatında müvəqqəti fasilə olacaq.