Türkiyə Super Liqasında 31-ci turun oyunları keçirilir.

İqtisadiyyat.az xəbər verir ki, bu gün daha 4 oyun baş tutub.

“Fənərbaxça” bu turda “Adana Dəmirspor”u qəbul edib. Oyun İstanbul təmsilçisinin inamlı qələbəsiylə yekunlaşıb. Qonaqların heyətində Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev ilk dəqiqələrdən meydanda olsa da, fasilədə əvəzlənib. Buna onun rəqib hücumlarından biri zamanı kritik seyv edərkən aldığı zədə səbəb olub.

Türkiyə Super Liqası

31-ci tur

3 aprel

Fənərbaxça – Adana Dəmirspor 4:2

Qollar: Djiku, 17. Dzeko, 51. Tadiç, 70. S.Dursun, 85 – Balotelli, 25. Y.Barasi, 80