“Sahibkarların Rəqabət Məcəlləsi haqqında məlumatlandırılması” layihəsi çərçivəsində görüş keçirilib. 

İqtisadiyyat.az xəbər verir ki, görüşdə "Hüquqi Tədqiqatlar Mərkəzi" İctimai Birliyinin rəhbəri Bəxşeyiş Əsgərov, hüquqşünas Aydın Kərimov, ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov və baş katib Gülnar Şirinova iştirak ediblər. 

Birliyin ofisində baş tutan görüşdə B.Əsgərov həyata keçirilən layihə, Rəqabət Məcəlləsinin qəbul olunmasının əhəmiyyəti və dövlətin apardığı antiintihisar siyasətin mahiyyəti, sahibkarlarla bu istiqamətdə aparılacaq maarifləndirmə tədbirləri haqqında məlumat verib. 

ATİB İdarə Heyətinin sədri M.Rüstəmov söhbət zamanı azad sahibkarlığın və bazar iqtisadiyyatının inkişafında rəqabət qanunvericiliyinin təkmilləşdirilməsinin əhəmiyyətini və sahibkarların bu sahədə məlumatlandırılmasının zəruriliyini xüsusi qeyd edib. 

Tərəflər qeyd olunan sahədə birgə əməkdaşlığa dair razılığa gəliblər. 

Qeyd edək ki, layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və "Hüquqi Tədqiqatlar Mərkəzi" İctimai Birliyi (HTM İB) tərəfindən həyata keçirilir.