Mikro və kiçik sahibkarların vergi öhdəliklərini mobil tətbiqlər, yəni sadə mobil əlavələr vasitəsi ilə icra etməsi üçün müəyyən hazırlıq işləri aparılır.

Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayevanın  müsahibəsində deyib.

O fikirlərinin davamında  bildirib ki, müşahidələr göstərir ki, bu gün mikro və kiçik sahibkarlıq sahəsində vergidən yayınma halları bəzən bilərəkdən yox, daha çox qanunları kifayət qədər bilməmək, əməletmə ilə bağlı prosedurları tam icra edə bilməmək və s. məsələlərdən yaranır. Samirə Mustafayeva mikro və kiçik sahibkarların vergi öhdəliklərini mobil tətbiqlər, yəni sadə mobil əlavələr vasitəsi ilə icra etməsi üçün müəyyən hazırlıq işləri aparılmasına da aydınlıq gətirərək “Burada maliyyə savadlılığı məsələsi, yaxud bir sıra məlumatlara çıxış imkanı ilə bağlı şərtləri səbəb kimi göstərmək mümkündür. Bütün bunları nəzərə alaraq, mikro və kiçik sahibkarların vergi öhdəliklərini mobil tətbiqlər, yəni sadə mobil əlavələr vasitəsi ilə icra etməsi üçün müəyyən hazırlıq işləri aparılır. Hesab edirik ki, yaxın zamanlarda biz bu sahədə də yeni təşəbbüslərin reallaşmasını görəcəyik,”-deyə qeyd edib.