Bu barədə İqtisadiyyat.az SOCAR-ın məlumatına istinadən xəbər verir.

Məlumata əsasən, hesabat dövründə “Şahdəniz-2” layihəsi çərçivəsində 11,5 mln. ton kondensat hasil edilib.

Qeyd olunub ki, 17 dekabr 2013-cü il tarixində “Şahdəniz” Konsorsiumu Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsinin 2-ci mərhələsi üzrə yekun investisiya qərarı imzalanıb.

Xatırladaq ki, “Şahdəniz-2” layihəsi çərçivəsində Azərbaycandan Avropaya qazın nəqlinə başlanılıb.