Paytaxtdakı restoranların bəzilərində müştərilərdən əlavə servis haqları tələb edilir. Üstəlik bu əvvəlcədən qonaqlara deyilmir və sonda hesabı ödəyən müştərini əlavə sürpirizlə qarşı-qarşıya qoyur. Vay o günə ki, müştərinin üzərində artıq pulu olmasın. Mübahisə və digər xoşagəlməz hallar qaçılmaz olur. Bəs ümumiyyətlə son vaxtlar artan bu tendensiya qanunidirmi? Mütəxxəssislərin fikirlərini öyrənmişik. 

Bu hadisə paytaxt sakini Nicat Manafovun başına gəlib. Targovuda restoranların birində hesabdan əlavə 10 % servis haqqı tələb olunub. O deyir ki, servishaqqı barədə nə menyuda məlumat olub nə də restoran işçiləri əvvəlcədən ona bildirməyiblər. Buna etiraz edən müsahibimiz servishaqqını ödəməkdən imtina edib və sonda sadəcə yedikləri qidanın pulunu ödəyərək restoranı tərk edib. O bildirir ki, son vaxtlar mərkəzdə yerləşən restoranların əksəri bu üsulla xidmət edirlər. Bəzi hallarda servishaqları 20% də olur 

Xəzərxəbərin apardığı sorğusu zamanı restoran işçiləri də bunu danmadılar. Dediklərinə inansaq, xidməthaqqı adı ilə yığılan pullar işçilərə çatır.

Marketinq və reklam üzrə mütəxəssis Sabit Məmmədov is deyir ki, bu dünyadan götürülən bir təcrübə olsa da heç bir qanuni əsası yoxdur. Üstəlik bəzi restoran sahibləri həmin məbləği işçilərə deyil, əlavə restorandaxili xərclərə yönəldirlər. Sabit Məmmədov bildirir ki, ilk növbədə həmin xidmət haqqı olmamalıdır, olan təqdirdə isə mütləq müştərilər məlumatlandırılmalıdır

Mütəxəssisin fikirlərinə görə, əvvəlcədən məlumat almayan müştərilərin həmin ödənişdən imtinaetmək hüququna malikdir. 

Bütün hallarda müştərilər diqqətli olmalı, bu cür iaşə obyektlərinə gedərkən əvvəlcədən xidməthaqqı barədə məlumat almalıdır.