Bu barədə İqtisadiyyat.az şirkətə istinadən xəbər verir.

Hesabata əsasən, şirkət ötən ili 143 min manat xalis mənfəətlə başa vurub ki, bu da 2023-cü illə müqayisədə 79,5 % və yaxud 4,9 dəfə azdır.

Ötən il “A-Qrup Sığorta”nın gəlirləri 21,676 milyon manat (əvvəlki ilə nisbətən 14,3 % az), xərcləri 21,497 milyon manat (11,9 % az), mənfəət vergisi ödəmələri isə 36 min manat (4,9 dəfə az) təşkil edib.

Xatırladaq ki, “A-Qrup Sığorta" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10,005 milyon manatdır. Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmləri 100 % Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.