Pakistan məhkəməsi keçmiş baş nazir İmran Xanın korrupsiya işi çərçivəsində girov müqabilində sərbəst buraxıldıqdan sonra dövlət sirlərini açıqlamaqda ittiham olunduğu iş üzrə həbs müddətini 14 gün uzadıb.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, baş nazir İmran Xanın həbs müddəti sentyabrın 13-dək uzadılıb. 

Bu qərarla bağlı açıqlama verən sabiq baş nazirin vəkili Salman Səfdar həbs müddətinin uzadılmasının əsassız və konstitusiyaya zidd olduğunu vurğulayıb. O bildib ki, vəsatət üzrə dinləmə sentyabrın 2-də keçiriləcək.

Qeyd edək ki, Federal Təhqiqat Agentliyi (FIA) keçmiş baş nazir Xan və onun köməkçilərini "Dövlət Sirləri Qanunu"nu pozduğuna görə məhkəməyə vermişdi.

Gülşən Şərif