Sabah seçki məntəqələrinin siyahısı haqqında məlumatların dərc edilməsi yekunlaşacaq.

İqtisadiyyat.az xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, dairə seçki komissiyaları səsvermə gününə azı 45 gün qalanadək nömrələri və hüdudları göstərilən seçki məntəqələrinin siyahısının (seçki məntəqəsi yaşayış məntəqəsi ərazisinin bir hissəsini əhatə etdikdə), yaşayış məntəqələrinin siyahısının (seçki məntəqəsi bir neçə yaşayış məntəqəsində yaradılmışsa), habelə məntəqə seçki komissiyaları, səsvermə otaqlarının yerləri (ünvanları) və məntəqə seçki komissiyalarının telefon nömrələri haqqında məlumatların dərc edilməsini təmin etməlidir.

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2023-cü il dekabrın 24-dək olan dövrü əhatə edir.