"Sabah" Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümü üzrə oyunçuların statistik göstəricilərini açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, ən çox oyun keçirən futbolçu Davit Volkov və Coy-Lens Mikelsdir. Hər iki hücumçu 35 oyunda iştirak edib.

Ən çox meydanda olan futbolçu isə qapıçı Yusif İmanovdur. O, mövsümdə 2970 dəqiqə şans qazanıb.

"Sabah"ın 2022/2023 mövsümündəki "ən"ləri:

Ən çox oyun keçirən (oyun sayı olaraq):

Davit Volkov və Coy-Lens Mikels (35 oyun)

Ən çox meydanda olan (dəqiqə olaraq):

Yusif İmanov (2970 dəqiqə)

Ən çox qol vuran:

Coy-Lens Mikels (17 qol)

Ən çox qol vuran (hər oyuna orta hesabla):

Aleksey Kaşuk (0,52)

Ən çox assist edən:

Coy-Lens Mikels (11 assist)