Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.

İqtisadiyyat.az xəbər verir ki, ilk oyun gününün ikinci görüşü “Sabah”la “Qarabağ” arasında baş tutub.

Məhsuldar keçən bu oyunda qonaqlar qalib gəliblər. Ağdam klubu rəqibini darmadağın etməklə cütün taleyini elə ilk oyunda həll edib.

“Araz-Naxçıvan” – “Qəbələ” və “Sumqayıt” – “Neftçi” oyunları sabah keçiriləcək.

Azərbaycan Kuboku

1/4 finalın ilk oyunları 

30 yanvar

“Sabah” – “Qarabağ” 1:7

Qollar: Jesse Sekidika, 63 – Hamidu Keyta, 20. Olavio Juninyo, 28; 55. Nəriman Axundzadə, 45+3. Abdullah Zubir, 77; 90+3. Adama Diakabi, 87.

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı

“Bank Respublika Arena”, 19:00