"Sabah" klubunun "Kəpəz"in nigeriyalı hücumçusu Abdulla Şuaybunu transfer etmək istəməsi xəbərinə aydınlıq gəlib.

Bu haqda İqtisadiyyat.az-a açıqlama verən "Sabah" klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov transfer pəncərəsi dövründə bu və buna bənzər xəbərlərin çox olduğunu bildirib.

"Mövsümlərarası transfer pəncərəsi dövründə bu və buna bənzər xəbərlər çox olur. Lakin hər hansı transfer həyata keçirilsə bu barədə rəsmi səhifələrimiz vasitəsilə ictimaiyyətə ətraflı məlumat veriləcək".

Qeyd edək ki, "Sabah" son mövsümdə gümüş medalların sahibi olub və Azərbaycanı Konfrans Liqasında təmsil etmək hüququ qazanıb.