Avqustun 12-nə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında yağmursuz. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26, gündüz 32-37, Bakıda gecə 23-25, gündüz 34-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65%, gündüz 40-45% olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 34-38, bəzi yerlərdə 40 dərəcə, dağlarda gecə 13-18, gündüz 21-25 dərəcə olacaq.