Bu gecə saat 23.00-dan səhərə qədər Rusiya işğalçıları Ukrayna ərazisində 14 "Şahed" tipli PUA-dan istifadə ediblər.

İqtisadiyyat.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumatda qeyd olunur ki, PUA-lardan 11-i zərərsizləşdirilib.

PUA-ların hücumu iki mərhələdə həyata keçirilib və 5 saat yarım davam edib.  İlkin məlumatlara görə, tələfat və infrastruktur obyektlərinə ziyan dəyməyib.