Avropa İttifaqı (Aİ) Şurası Ukraynaya görə Rusiyaya tətbiq edilən sanksiyaları 2023-cü il sentyabrın 15-dək uzadıb.

İqtisadiyyat.az xəbər verir ki, məhdudlaşdırıcı tədbirlərə fiziki şəxslərin hərəkətinin məhdudlaşdırılması, aktivlərinin dondurulması daxildir.

Sanksiyalar 1473 fiziki şəxsə və 205 təşkilata şamil edilir.