Logo

Rusiyaya qarşı ən çox sanksiya tətbiq edən ölkələr - Siyahı


Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bu ölkəyə qarşı ən çox sanksiya tətbiq edən ölkələrin siyahısını açıqlayıb.

Volodin sözügedən siyahını öz rəsmi teleqram kanalında paylaşıb.

Onun sözlərinə görə, ABŞ 1983, Kanada 1402, İsveçrə 1361, Böyük Britaniya 1360, Avropa İttifaqı 1199, Avstraliya 1150 və Yaponiya 902 sanksiya tətbiq edib.

“Bu dövlətlər Rusiyaya qarşı qanunsuz sanksiyalar tətbiq edərək enerji resursları və ərzaq məhsullarının qiymətlərinin artmasına səbəb olub. Qeyd olunan ölkələr, dünya arenasındakı cari problemlərə və gələcək çətinliklərə görə günahkardırlar”, - deyə Volodin söyləyib.

2022-05-19 12:38:00 1815
Teqlər: