Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 41 650 hərbçisini itirib.

Bildirilib ki, Rusiya ordusunun digər döyüş itkiləri 1 792 tank, 4 032 zirehli döyüş maşını, 950 artilleriya sistemi, 260 reaktiv yaylım atəşi sistemi, 123 hava hücumundan müdafiə sistemi, 223 təyyarə, 191 helikopter, 742 PUA, 182 qanadlı raket, 15 gəmi, 2 964 avtomobil texnikası və avtosistern, 83 xüsusi texnikadan ibarətdir.