İyun ayında Rusiyadan neft və neft məhsullarının ixracı gündəlik 600 min barel azalaraq 7,3 milyon barel olub ki, bu da 2021-ci ilin martından bəri ən aşağı səviyyədir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) iyul hesabatında deyilir.

Məlumata görə, iyun ayında Rusiyanın neft ixracından əldə etdiyi gəlirlər 1,5 milyard dollar azalaraq 11,8 milyard dollara enib.