Rusiya tədarükünü məhdudlaşdıra və ya tamamilə dayandıra biləcəyi xəbərdarlığından sonra ən böyük boru kəməri ilə Avropaya qaz nəqlini bərpa edib.

“Şimal axını 1” boru kəməri 10 günlük texniki fasilədən sonra aşağı səviyyədə də olsa yenidən işə salınıb.

Avropa Komissiyası Rusiyanı Avropaya tədarükünü dayandıracağı təqdirdə ölkələri növbəti yeddi ay ərzində qaz istifadəsini 15% azaltmağa çağırıb.

Rusiya keçən il təbii qazla Avropanının 40%-ni təmin edib.

Həmçinin Almaniya 2020-ci ildə qitənin ən böyük idxalçısı idi, lakin Rusiya qazından asılılığını 55%-dən 35%-ə endirib.

Qeyd edək ki, Almaniya Rusiyadan gələn qazdan istifadəni tamamilə dayandırmaq niyətindədir.