Fransanın pərakəndə satış şəbəkəsi "Leroy Merlin" ötən ilin sonunda gəlirlərinə görə Rusiyanın ən böyük xarici şirkətləri siyahısında birinci yeri tutub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Forbes məlumat yayıb.

Hesabat dövründə şirkətin gəliri 529,7 milyard rubl təşkil edib. Reytinqə görə, siyahıda ikinci yerdə Yaponiyanın "JT Groupe" şirkəti (432,6 milyard rubl), üçüncü yerdə isə Amerikanın “Philip Morris International” (399,9 milyard rubl) şirkəti qərarlaşıb.

Ən böyük xarici şirkətlər onluğuna, həmçinin "PepsiCo" (303,7 milyard rubl), "Elo Groupe" (292,6 milyard rubl), "Veon" (286,4 milyard rubl), "Metro AG" (223,6 milyard rubl), "Mars" (201,4 milyard rubl), "Nestle" (195 milyard rubl) və "Chery Automobile" (147,5 milyard rubl) daxildir.

 

Gözəl Həşimova