Rusiya naməlum şəxsin Danimarkadakı səfirliyinin qarşısında Quranı yandırdığını açıqlayıb.


İqtisadiyyat.az xəbər verir ki, Rusiyanın Kopenhagendəki səfirliyinin sosial media hesabından edilən açıqlamada müsəlmanların müqəddəs kitabı Qurani-Kərimin yer aldığı konsulluq şöbəsi önündə silsilə aksiyaların keçirildiyi bildirilib.

“(Bu hərəkətlər) ifadə azadlığının və demokratiyanın təzahürü deyil, dinlərarası nifrət və sivilizasiyalar arasında qarşıdurmanı qızışdırmağa hesablanmış kobud və nadan bir təxribatdır”, - deyə bəyanatda bildirilir.

Bəyanatda qeyd edilib ki, bu cür çaradalar üçün imkanlar tamamilə aradan qaldırılmalı və təşkilatçılar məsuliyyətə cəlb edilməlidir.