"Forbes" Rusiyanın biznes üçün ən yaxşı şəhərlərinin reytinqini dərc edib.

İqtisadiyyat.az xəbər verir ki, bu siyahıda birinci yeri 64,6 xalla Krasnodar vilayəti tutub.

Siyahıda ikinci yerdə Yujno-Saxalinsk (60,9 bal), üçüncü yerdə isə Tümen vilayəti (59,5 bal) qərarlaşıb.

Rusiyanın biznes üçün ən yaxşı şəhərləri siyahısına Kalininqrad (58,6 bal), Yekaterinburq (58,3 bal), Vladivostok (57,9 bal), Kazan (57 bal), Blaqoveşensk (56,4 bal), Novosibirsk (56 bal) və İrkutsk (55,9 bal) da daxil edilib.

 

Gözəl Həşimova