Ötən il Rusiyanın boru kəməri ilə Avropaya qaz tədarükü 1970-ci illərin əvvəllərindən bəri ən aşağı səviyyəyə düşüb.

İqtisadiyyat.az xəbər verir ki,  bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) qaz bazarına dair hesabatında deyilir.

Məlumata görə, bu il Rusiyanın boru kəməri ilə Avropaya qaz tədarükü 2023-cü il səviyyəsində (45 milyard kubmetr) qalacaq.

Ötən il Rusiyadan Avropa İttifaqına qaz tədarükü 60% və ya 38 milyard kubmetr azalıb.

Qeyd edək ki, ötən il Azərbaycan 13,6 milyard dollarlıq 26 milyard 623 milyon kubmetr həcmində təbii qaz ixrac edib.

 

Gözəl Həşimova