Bu ilin əvvəlindən 419 min nəfər Rusiyanı tərk edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur.

Bu barədə "RBC Rosstat" məlumat yayıb.

Bildirilir ki, 2022-ci ilin əvvəlində Rusiyadan MDB ölkələrinə 368 min nəfər gedib (eyni zamanda MDB-dən Rusiyaya 294 min nəfər köçüb).

Rusiyadan ən çox insan Tacikistan, Ermənistan, Qırğızıstan, Qazaxıstan və Özbəkistana, eləcə də Çin, Vyetnam və Hindistana gedib.

Qeyd olunur ki, 2021-ci ilin birinci yarısında Rusiyada miqrasiya artımı 114 min nəfərdən çox olub. Eyni zamanda, bu ilin ilk altı ayında miqrasiya 97 min nəfərə yaxın azalma qeydə alınıb.