Məşhur rusiyalı iş adamı və Rusiyanın ən böyük banklarından biri olan “Tinkoff”un qurucusu Oleq Tinkov Ukraynada vəziyyətin qəbuledilməz olduğunu bildirib.

O, bu barədə İnstaqramda paylaşım edib.

Tinkov, dövlətlərin pullarını müharibə əvəzinə insanları müalicə etmək üçün istifadə etmələri lazım olduğuna işarə edərək, "Biz bu müharibəyə qarşıyıq" deyib.  

Xərçənglə mübarizə aparmaq məcburiyyətində qaldığını qeyd edən Tinkov, “Həyatın nə qədər kövrək olduğunu özüm gördüm. İndi Ukraynada hər gün günahsız insanlar ölür, bu qəbuledilməzdir", - deyə  ifadə  edib. 

Bundan əvvəl rusiyalı milyarderlər Mixail Fridman və Oleq Deripaska Rusiyanın Ukraynaya hücumuna qarşı çıxaraq “sülhə” çağırıblar.