Məşhur rusiyalı müğənni Alla Puqaçova Latviyaya yollanıb.

İqtisadiyyat.az xəbər verir ki, onun həyat yoldaşı, tanınmış gülüş ustası Maksim Qalkin sosial şəbəkələrdə müğənni ilə fotosunu dərc edib.

“Bu gün Siquldada günəşli bazar günüdür!”- o, paylaşımını şərh edib.

Xatırladaq ki, bir müddət öncə, Puqaçova Pskov vasitəsilə Moskvaya qayıdıb. O, Qryaz kəndindəki qəsrini ziyarət edib. Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsi başlayandan sonra ulduz cütlük israilə köçüb. Lakin orada da vəziyyət gərginləşdikdə məşhurlar Latviyaya üz tutmağa gərar veriblər.